AZ

Sülh və sabitliyə çalışan region ölkələrinin addımları alqışalayiqdir – Pezeşkian

Region ölkələrinin regionun sülh və təhlükəsizliyi, ölkələrin suverenliyi ilə əlaqədar çalışan ölkələrin addımları alqışalayiqdir. Bunu İran prezidenti Məsud Pezeşkian bu gün (14 fevral) Tehranda İranın Avtomobilyolu və Dəmiryolu Dəhlizlərinin Maliyyə Təminatı və İnvestisiya İmkanları Beynəlxalq Konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan, Türkiyə, İraq, Misir, Oman, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Oman, Pakistan prezidentləri sülh və sabitliklə problemlərin həll edilməsinə çalışırlar.

İran prezidenti qeyd edib ki, heç bir ölkə müharibənin baş verməsini istəmir və müharibənin xeyirli olduğunu düşünmür.

“İranın qonşu ölkələrlə çox yaxın bağları var. Azərbaycanla yaxın bağları var. Türkiyə, Əfqanıstan, Pakistan, Türkmənistan və digər ölkələrin xalqları bir neçə min ildir bir-birləri ilə anlaşaraq yaşayıblar”, - o qeyd edib.

Seçilən
24
anews.az

1Mənbələr