AZ

Gül dükanlarında Afrika qərənfilləri: Yerli istehsal yoxa çıxır

Azərbaycan Efiopiyadan qərənfil idxal etməyə başlayıb. 2025-ci ilin yanvar-oktyabr aylarında ölkəyə xaricdən ümumilikdə 188 min ABŞ dolları dəyərində 2 milyon 720 min ədəd qərənfil gətirilib. Bu qərənfillər üçün isə 319 min 600 manat ödənilib. Uzun illər Azərbaycan qərənfillə özünü təmin edən ölkələrdən biri olub.

Abşeron yarımadasında bu sahə neftdən sonra ikinci əsas gəlir mənbəyi sayılırdı. Xüsusilə SSRİ dövründə ölkənin gülə olan tələbatının böyük hissəsi Azərbaycan hesabına ödənilirdi. Sovet İttifaqının son illərində Abşeronda bir çox həyətlərdə qərənfillər əkilirdi. Bakı kəndlərində demək olar ki, hər həyətdə gül istixanası və bağça mövcud idi. İndi isə qərənfil istehsalı zəifləyib və ölkə xaricdən idxala məcbur qalıb. İdxal olunan bir ədəd qərənfilin qiyməti təxminən 12 qəpikdir, lakin bazarda onun satış qiyməti 5-6 dəfə yüksək olur. Maraqlıdır, Azərbaycan niyə qərənfil yetişdirməkdə əvvəlki mövqeyini itirib?

Yerli istehsal baha başa gəlir?

İqtisadçı ekspert Pərviz Heydərov deyir ki, ölkə təkcə qərənfil üzrə deyil, özündə istehsal potensialı olan digər məhsullar üzrə də getdikcə idxaldan asılı vəziyyətə düşür. Onun sözlərinə görə, bazarda istehsalçılarla ticarətçilər arasında sanki gizli münaqişə mövcuddur və bu qarşıdurmada üstünlük əsasən ticarətçilərin tərəfindədir: “Çünki istehsal və tədarük baha başa gəlir, idxal isə daha ucuz və sərfəlidir. Əgər bir ədəd qərənfilin idxal qiyməti 12 qəpikdirsə, yerli istehsalda bu rəqəm bir neçə dəfə yüksək olur. Belə olanda idxal olunan qərənfilin bazara baha qiymətə çıxarılması qaçılmazdır. Burada qarşılıqlı iqtisadi təsir mexanizmləri mövcuddur”.

“İdxalçılar demək olar ki, bazarı tam şəkildə nəzarətə götürüblər”

Seçilən
53
2
publika.az

3Mənbələr