AZ

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslər saxlanıldı

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslər saxlanılıb.

Day.Az-ın məlumatına görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən İlham Qarayev, Anar Balakişiyev, Roman Mustafayev, Akif İbadov, Fuad Rzayev və Taleh Zeynalov saxlanılıblar.

 

Belə ki, adıçəkilən şəxslərdən külli miqdarda, metamfetamin, heroin və marixuana aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin barəsində həbs qətimkan tədbiri seçilib.

Seçilən
25
29
day.az

10Mənbələr