AZ

Siyasi proseslər futbola da müdaxilə etdi: İran millisi özünə rəqib tapa bilmir

İranın futbol üzrə milli komandası yoldaşlıq oyunları keçirmək üçün rəqib tapmaqda ciddi çətinlik yaşayır.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, bir neçə Avropa və Afrika komandaları ilə oyunlar millinin planlarında yer alsa da, aparılan danışıqların bir hissəsi yarımçıq qalıb və bəzi ölkələrlə təmaslar uğursuzluqla nəticələnib.

Qeyd edilir ki, İspaniya Futbol Federasiyası ilə əvvəlcədən əldə olunan razılaşmaya görə İran millisi iyun ayında bu ölkənin yığması ilə qarşılaşmalı idi. Lakin son qərara əsasən, həmin qarşılaşma ləğv edilib.

İran Futbol Federasiyası yığmanın dünya çempionatında Misir komandası ilə eyni qrupda olmasını nəzərə alaraq Afrikanın digər təmsilçiləri ilə hazırlıq görüşləri keçirməyi planlaşdırıb. Amma Tunis, Əlcəzair və Kamerun milli komandaları ilə danışıqlar nəticəsiz qalıb.

Seçilən
29
1
moderator.az

2Mənbələr