“Tottenhem” baş məşqçi vəzifəsinə İqor Tudorun təyinatını rəsmən açıqlayıb.
QOL.az xəbər verir ki, klubun rəsmi saytında yayılan məlumata görə, xorvatiyalı mütəxəssis mövsümün sonuna qədər London təmsilçisini çalışdıracaq.
26 turdan sonra “Tottenhem” İngiltərə çempionatında 29 xalla 16-cı pillədə qərarlaşıb.
Xatırladaq ki, Tudor mövsümün əvvəlində “Yuventus”u çalışdırıb və ötən ilin 27 oktyabrında vəzifəsindən ayrılıb. O, daha əvvəl “Marsel” və “Qalatasaray”da da baş məşqçi kimi fəaliyyət göstərib.