AZ

Zelenski: İranın Rusiyaya tədarük etdiyi "Shahed" dronları ukraynalıları öldürür

Ukrayna Prezidenti Volodimir Zelenski Münxen Təhlükəsizlik Konfransındakı çıxışı zamanı İran hakimiyyətini kəskin tənqid edib.

“İki sahil” xəbər verir ki, Zelenski qeyd edib ki, məhz İranın Rusiyaya tədarük etdiyi "Shahed" dronları ukraynalıları öldürür və ölkə infrastrukturunu dağıdır.

"Ukraynanın İranla sərhədi yoxdur. Bizim İran rejimi ilə heç vaxt maraqlarımız toqquşmayıb. Lakin Rusiyaya satdıqları "Shahed" dronları ukraynalıları öldürür və infrastrukturumuzu məhv edir", - Zelenski bildirib.

Onun sözlərinə görə, İran artıq bir əsr boyu bir çox digər rejimlərin Ukraynaya vurduğundan daha çox ziyan vurub və bu, davam edə bilər.

"Buna baxmayaraq, bu rejim hələ də mövcuddur və hər şeydən, hətta bu böhrandan da sağ çıxacağına ümid edir. İran rejimi kimi rejimlərə vaxt vermək olmaz. Onların vaxtı olduqda daha çox öldürürlər. Onları dərhal dayandırmaq lazımdır", - o bəyan edib.

Seçilən
36
1
ikisahil.az

2Mənbələr