AZ

İranla heç vaxt konfliktimiz olmayıb, amma onlar...

ain.az, Axar.az portalına istinadən məlumat verir.

Bu gün İran xalqının dünyadan gözləntisi Ukraynanın 24 fevralda- Rusiyanın işğala başladığı zaman ehtiyac duyduğu şeydir.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Münhen Təhlükəsizlik Şurasında çıxışı zamanı deyib.

“İrandakı rejim kimi rejimlərə vaxt verilməməlidir. Onlara vaxt veriləndə, sadəcə daha çox insan öldürürlər. İran rejimi dərhal dayandırılmalıdır”, - Zelenski vurğulayıb.

Zelenski eyni zamanda qeyd edib ki, İran “Şahid” PUA-larını Rusiyaya verdiyi ilk vaxtlarda, asanlıqla vurulurdu:

“İndi isə sözügedən PUA-lar dəyişib. Onların qırıcı mühərrikləri var və müxtəlif hündürlüklədə uça bilirlər. Bu PUA-lar “Starlink”dən istifadə edirlər”.

Ukrayna lideri əlavə edib ki, ölkəsinin İran hakimiyyəti ilə heç vaxt konflikti olmayıb:

“Bizim İranla sərhədimiz yoxdur və heç vaxt İran rejimi ilə münaqişəmiz olmayıb. Amma onların Rusiyaya satdığı “Şahid” PUA-ları bizim insanlarımızı öldürür, infrastrukturumuzu məhv edir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
axar.az

1Mənbələr