AZ

"Neftçi"dəki tanınmışın qardaşı Azərbaycan klubuna lazım olmadı

"Səbail" Momo Sako ilə yolları ayırıb.

23 yaşlı malili ötən ilin sentyabrında Bakı klubuna transfer olunmuşdu.

Bayıl təmsilçisi yaya qədər müqaviləsi olan yarımmüdafiəçiyə vaxtından əvvəl qapını göstərib.

Səbəb arxada qalan yarım ildə onun gözləntilərin əksinə olaraq zəif performans sərgiləməsidir.

Sakonun "Səbail"ə qədər son klubu Portuqaliya təmsilçisi “Vilaverdense” olub.

Onun "Neftçi"də forma geyinən Falaye Sakonun qardaşı olduğunu da bildirək.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
24
sportinfo.az

1Mənbələr