ain.az, Azertag portalına istinadən məlumat verir.
Qahirə, 13 fevral, AZƏRTAC
Bu gün Efiopiyanın Əddis-Əbəbə şəhərində 39-cu Afrika Birliyi sammiti işinə başlayıb. İki gün davam edəcək tədbirdə Afrika Birliyinə üzv dövlət və hökumət başçıları, BMT-nin Baş katibi Antonio Quttereş, eləcə də digər ölkələrdən yüksək səviyyəli qonaqlar iştirak edirlər.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, "2063-cü il Gündəliyinin məqsədlərinə çatmaq üçün davamlı su və sanitariya sistemlərinin təmin edilməsi" mövzusunda keçirilən sammitdə bir sıra mövzular, xüsusən də iqlim dəyişikliyi böhranı və onun inkişafa təsiri, eləcə də təhlükəsizlik məsələləri, xüsusən də Sahel və Afrika Buynuzu regionlarında baş verən son hadisələr müzakirə olunur.
Bundan başqa, müzakirə olunan məsələlər arasında Birliyə daxil olan institutların maliyyələşdirilməsi, üzv dövlətlərdən töhfələrin artırılması və Afrika Birliyinin maliyyə müstəqilliyinin artırılması mövzuları yer alıb. Zirvə Görüşündə, həmçinin səmərəliliyin artırılması, bürokratiyanın azaldılması və böhranlara cavab verən tədbirlərin sürətləndirilməsi üçün Afrika Birliyinin əməliyyat mexanizmlərinin islahatı məsələsi yenidən müzakirə olunur.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.