AZ

Əməkdar artistlərin oğlu teatra rəhbər gətirildi

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına yeni direktor təyin olunub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Oleq Əmirbəyov bu vəzifəyə təyin olunub.

Əməkdar artist Oleq Əmirbəyov bu təyinatadək mədəniyyət nazirinin müşaviri vəzifəsində çalışıb.

Xatırladaq ki, Oleq Arnoldoviç Əmirbəyov 16 dekabr 1986-cı ildə Bakıda Azərbaycanın əməkdar artistləri Arnold Xarçenko və Rita Əmirbəyovanın ailəsində anadan olmuşdur.

Seçilən
15
1
nocomment.az

2Mənbələr