Fövqəladə hallar nazirinin müavinlərinin işdən çıxarıldığı bildirilir.
"Cebheinfo.az" Manset.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə Fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev tutduqları vəzifələrindən azad ediliblər.
Onların birdən-birə hansı səbəbdən işdən çıxarıldığı bəlli deyil.
Manset.az yayılan xəbərlə bağlı Orucəli Hacıyevlə əlaqə saxlayıb. O, məlumatı təkzib etməyib və telefonu söndürüb.

Fotoda Faiq Tağızadə

Fotoda Etibar Mirzəyev

"Cebheinfo.az"