AZ

Bakı bu ölkə ilə buzları əridir: Prezident şərtini açıqladı

“Ötən ilin sonunda Ötən ilin sonunda Prezident Makron ilə görüşüm oldu. Görüş çox müsbət keçdi və biz hər şeyi yenidən başlamaq razılığına gəldik. Biz buna hazırıq”.

Bu sözləri dövlət başçısı Münhendə “France 24” telekanalının müxbirinə müsahibəsində deyib.

Prezident vurğulayıb ki, Azərbaycana heç bir ölkə, o cümlədən Fransa ilə problem lazım deyil.

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Kənan Novruzov bildirib ki, məlum olduğu kimi, Azərbaycanın xarici siyasətində balanslılıq əsas prinsiplərdəndir:

“Rəsmi Bakı bütün siyasi aktorlarla bərabərhüquqlu münasibətlərdə maraqlıdır. Buna ən bariz nümunə odur ki, İkinci Qarabağ müharibəsindəki qələbədən sonra da Azərbaycan beynəlxalq hüquqa uyğun addımlar atdı və sülh təşəbbüsü ilə çıxış etdi.

Fransa isə uzun müddətdir Cənubi Qafqaza və Azərbaycana qarşı qeyri-adekvat münasibət sərgiləyir. Bu məsələdə Fransadakı erməni lobbisinin, rəsmi Parisin bölgə ilə bağlı maraqlarının, həmçinin prezident Makronun siyasi təcrübəsizliyi və uzaqgörən olmaması mühüm rol oynayır. Tərəflər arasında yaranan gərginliyin səbəbkarı Parisdir və məsuliyyəti də qarşı tərəf daşıyır.

Azərbaycan, əlbəttə, gərginlikdə maraqlı deyil. Ölkəmiz münasibətlərdəki gərginliyin azalması istiqamətində müvafiq addımlar atmağa hazırdır. Dövlət başçısının fikirləri də bunu göstərir.

‘Soyuq küləklər’ səngiyə bilər. Çünki indi Avropanın zəiflədiyi, Rusiya ilə toqquşma ehtimalının və ABŞ ilə gərginliyin artdığı, Makronun reytinqinin getdikcə azaldığı bir vaxtda Fransanın Azərbaycana ehtiyacı var.”

Atilla Rzasoy

Seçilən
15
nocomment.az

1Mənbələr