AZ

Polis Nəsimi rayonunda profilaktik tədbirlər keçirib

Ajans.az xəbər verir ki, Nəsimi RPİ DYPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı spirtli içki və narkotiklərin təsiri altında avtomobil idarə edən və dayanma-durma qaydalarını pozan sürücülər barəsində də inzibati tədbirlər görülüb. “Əcəmi dairəsi” və digər ərazilərdə keçirilən tədbirlərlə avtoxuliqanlıq, həmçinin konstruksiya dəyişikliyinə yol verən sürücülər də müəyyən olunub. Qayda pozan sürücülər barəsində qanunvericiliyin tələbinə uyğun məsuliyyət tədbirləri görülüb. Rayon ərazisində avtobus və ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə də profilaktik tədbirlər həyata keçirilib. Nəsimi rayonunda polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək.
Seçilən
27
8
Ajans.az

10Mənbələr