AZ

Paşinyan nöqtə qoydu: Seçkidən sonra onların hamısı məhv olacaq

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan qarşıdan gələn parlament seçkilərindən sonra ölkənin siyasi səhnəsində köklü dəyişikliklərin baş verəcəyini deyib.

Globalinfo.az xəbər verir ki, Baş nazirin sözlərinə görə, seçkilərin nəticələri keçmiş hakimiyyət nümayəndələri və oliqarxların siyasətdəki təsirini faktiki olaraq aradan qaldıracaq.

O qeyd edib ki, adıçəkilən qüvvələr seçkilərdə “azlıq” təşkil edəcək.

Paşinyan vurğulayıb ki, səsvermədən sonra əvvəlki hakimiyyətə bağlı siyasi fiqurlar və iri biznes nümayəndələri artıq ölkənin siyasi həyatında rol oynamayacaq. Onun sözlərinə görə, seçkilərdən sonra siyasətlə məşğul olan oliqarx anlayışı tamamilə aradan qalxacaq.

Baş nazir həmçinin bildirib ki, yeni siyasi mərhələ Ermənistan üçün idarəetmədə yenilənmə və siyasi sistemin transformasiyası ilə müşayiət olunacaq.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
globalinfo.az

1Mənbələr