AZ

Azad Şabanovdan sevənlərə SÜRPRİZ - VİDEO

Sevilən müğənni Azad Şabanov 14 fevral “Beynəlxalq sevgililər günü”nə həsr olunan yeni layihəsini təqdim edib.

"Yeni Sabah" xəbər verir ki, sənətçi bəstəsi Emin Sabitoğluya, sözləri isə Vaqif Səmədoğluya məxsus olan “Evləri köndələn yar” mahnısını sevənlərə ərmağan edib.

İfaçı layihəyə videoçarx da çəkdirib. Duyğu dolu əsər böyük maraqla qarşılanılıb.

Qeyd edək ki, Azad Şabanovun yeni musiqili layihəsi bütün musiqi platformalarında, eyni zamanda rəsmi “Youtube” kanalında da nümayış olunur.


Telegram kanalımız
Seçilən
16
3
yenisabah.az

6Mənbələr