ain.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəbər verdiyimiz kimi, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun 3 müavini - general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyevin işdən çıxarıldığı ilə bağlı məlumat yayılıb.
Bakupost.az xəbər verir ki, FHN-nin rəsmi saytında isə işdən çıxarılan müavinlərlə bağlı yeniləmə edilməyib.
Belə ki, saytda Kəmaləddin Heydərovun müavinləri siyahısından 6 şəxsdən heç birinin adı çıxarılmayıb.
Vəzifə dəyişiklikləri ilə bağlı hər hansı yenilənmə aparılmadığı, həmçinin rəsmi təsdiq və ya açıqlama verilmədiyi üçün yayılan məlumatların statusu qeyri-müəyyən olaraq qalır.
Asena,
BakuPost
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.