AZ

Deputatın öldüyü hoteldə illər sonra daha bir faciə… – FOTO

Fevral ayının 13-də günorta saat 14 radələrində Qusar rayonu ərazisində fəaliyyət göstərən istirahət mərkəzlərindən birində Ukrayna vətəndaşı, 1957-ci il təvəllüdlü Boris Merzlyakovun cəsədi aşkar edilib.

KONKRET.az Bizim.Media-ya istinadən xəbər verir ki, meyitə baxış keçirilən zaman onun üzərində hər hansı zorakılıq izləri müəyyən edilməyib.

Qusara istirahətə gələn əcnəbi turist kəskin ürək çatışmamazlığından dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, hadisə rayonun Çiləgir kəndində yerləşən “Chateau” hotelində qeydə alınıb.

Xatırladaq ki, 2018-ci ildə millət vəkili Astan Şahverdiyev də məhz adıçəkilən hoteldə ürək çatışmazlığından həyatını itirmişdi. Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Seçilən
102
6
konkret.az

7Mənbələr