
Avropa İttifaqının (Aİ) inkişaf trayektoriyası dəhşətlidir.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "X"dəki hesabında yazıb.
"Bütün bunlar praktikada nə deməkdir? Aİ/E3-ün iflici və aktuallığını itirməsi İranın nüvə proqramı üzrə danışıqların dinamikasında özünü göstərir" , - Əraqçi qeyd edib.
Onun sözlərinə görə, bir zamanlar danışıqların əsas iştirakçısı olan Avropa hazırda prosesdən çıxıb:
"Bunun əvəzinə, regiondakı dostlarımız marginal E3 qrupundan qat-qat daha effektiv və faydalı olduqlarını sübut edirlər".