AZ

Pezeşkian söz verdi: Bütün problemlər aradan qaldırılacaq

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

İran prezidenti Məsud Pezeşkian “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafına mane olan bütün problemlərin yaxın vaxtlarda aradan qaldırılacağını bildirib.

Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, Tehran və Moskva tərəfindən birgə həyata keçirilən layihə çərçivəsində Rəşt–Astara dəmir yolu xəttinin tikintisi davam edir.

Bu marşrutun istifadəyə verilməsi Fars körfəzi limanlarına fasiləsiz nəqliyyat əlaqəsinin yaradılmasına imkan verəcək.

Pezeşkian qeyd edib ki, İran təqviminə əsasən ilin sonuna,  yəni 20 mart 2026-cı ilədək layihənin reallaşmasına mane olan bütün baryerlər aradan qaldırılacaq. Prezident əlavə edib ki, İran və Rusiya arasında münasibətlər möhkəmdir və nəqliyyat sahəsində bir sıra razılaşmalar artıq icra mərhələsindədir.

“Şimal–Cənub” nəqliyyat dəhlizi Avropa, Rusiya, Qafqaz regionu və Cənubi Asiya arasında yükdaşımaların sürətləndirilməsi baxımından strateji layihə hesab olunur.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
48
globalinfo.az

1Mənbələr