Türkiyə Superliqasında çıxış edən "Genclerbirliyi" klubu baş məşqçisi ilə yollarını ayırıb.
QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ankara təmsilçisi təcrübəli mütəxəssis Metin Diyadinlə yollarını ayırıb.
Qərar Superliqanın 22-ci turunda "Rizespor"la oyundan sonra verilib. Həmin görüşdə paytaxt klubu 2:0 hesabı ilə öndə olsa da, üstünlüyünü qoruya bilməyərək meydandan 2:2 hesablı heç-heçə ilə ayrılıb.
Xatırladaq ki, 57 yaşlı çalışdırıcı 2025-ci ilin dekabrında Volkan Dəmireli əvzələyib. O, bu qısa müddət ərzində çıxdığı oyunlarda 2 qələbə, 3 heç-heçə və 2 məğlubiyyət əldə edib.