AZ

Bakıda “şar yağışı” izdiham yaratdı Video

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakıda yerləşən ticarət mərkəzlərindən birində 14 Fevral – Sevgililər Günü münasibətilə təşkil olunan xüsusi proqram böyük izdihama səbəb olub.

“Qafqazinfo”nun məlumatına görə, alış-veriş mərkəzində ürək formasında hazırlanmış nəhəng “şar yağışı” ilə müşayiət olunan tədbiri izləmək üçün yüzlərlə sakin məkana axışıb.

Ticarət mərkəzində quraşdırılan dekorasiyadan eyni anda minlərlə qırmızı şar buraxılıb. “Şar yağışı” xüsusilə gənclər və ailələr tərəfindən maraqla qarşılanıb.

Görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
6
qafqazinfo.az

9Mənbələr