AZ

"Kitablar ən yaxın dostumuzdur"

14 fevral 2026 - ci il Mirvarid Dilbazi Poeziya Məclisi İB- nin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Milli QHT Forumunda "14 fevral- Beynəlxalq Kitab Bağışlanma Günü" münasibəti ilə "Kitablar ən yaxın dostumuzdur" adlı tədbir keçirilib.

“İki sahil” yazır ki, Mirvarid Dilbazi Poeziya Məclisi İB- nin dəstəyi ilə işıq üzü görən kitablardan 100 ədədi tələbələrə, məktəblilərə, kitabsevərlərə təqdim olunub.

Mirvarid Dilbazi Poeziya Məclisi İB tərəfindən 2024- cü il 14 fevralda İmişlidə fəaliyyət göstərən Diferensial Təhsil və Tədris Mərkəzinə 100 kitab, 2025- ci il 14 fevralda Xəzər Universitetində 100 tələbəyə kitab bağışlanıb. Ənənə davam edir və davam edəcək. Belə tədbirlərin keçirilməsi, kitabların bağışlanması dilimizin özəlliyini, gözəlliyini qoruyur, gənclırin mütaliə vərdişlərini artırır, nitqini zənginləşdirir.

Tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Mirvarid Dilbazi Poeziya Məclisi İB- nin sədri Güllü Eldar Tomarlı tədbir haqqında məlumat verdi.

Xətai Rayon Ağsaqallar Şurasının sədri, şəhid mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov, şəhid Zaur İsmayılzadənin anası Sevil Hüseynova, məzarsız şəhid İsmayıl İsmayılovun bacısı, şair Lalə İsmayıl, şəhid Hüseyn Məmmədovun bacısı Aybəniz Camalova, Prezident təqaüdçüsü, əmək qəhrəmanı Tərlan Musayeva, araşdırmaçı Tahir Şirvanlı, məclisin üzvü Qulu Əliyev, şairlərdən Arzu Tahirqızı, Vüsalə Cəfərova maraqlı çıxışlar etdilər, kitab haqqında danışdılar, yazarlar kitablarını tədbirdə iştirak edən məktıblilırə, tələbələrə bağışladılar.

Respublika Uşaq Gənclər inkişaf Mərkəzinin müəllimi, şair, publisist, b ədii qiraət dərnəyinin üzvləri və N,Nərimanov 39 saylı məktəbin şagirdləri

Bakı şəhəri 225 saylı məktəbin təşkilati işlər üzrə direktor müavini, ''Kiçik Akademiya'' nın rəhbəri, Türk dünyası araşdırmaları Beynəlxalq instutunun Fəxri profes Zenfira Nusalova və şagirdləri, Bakı şəhəri 66 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimi Azadə Quliyeva və şagirdləri, ''Əb əbi Tədbirlər Birliyi'' nin rəhbəri, rejissor Poad Ağa İbrahimov öz çıxışarı ilə, poeziya nümunələri ilə alqışlarla qarşılandı.

Mirvarid Dilbazi Poeziya Məclisi İB- nin məsləhəti və mənəvi dəstəyi ilə işıq üzü görən 100 kitab kitabsevərlərə hədiyyə verildi.

Sonda Güllü Eldar Tomarlı Azərbaycan Milli QHT Forumunun rəhbərliyinə, əməkdaşlarına, tədbir iştirakçılarına təşəkkürünü bildirdi və qeyd etdi ki, təşkilatımız tərəfindən artıq ənənə halını almış ''14 Fevral Beynəlxalq Kitab Bağışlama Günü'' hər il qeyd olunacaq və kitabsevərlərə ktab bağışlanacaq.

Seçilən
29
ikisahil.az

1Mənbələr