AZ

Fon der Lyayen: Dəniz xidmətlərinə qadağa Rusiyanı daha da təcrid edəcək

Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen Rusiyanı daha da təcrid edə və qazıntı yanacağından əldə etdiyi gəlirləri azalda biləcək dəniz xidmətlərinə tam qadağa təklif edib.

"Far.Az" xəbər verir ki, o, bu barədə Lindsi Qremin də daxil olduğu ABŞ senatorlarından ibarət ikipartiyalı nümayəndə heyəti ilə görüşdən sonra "X" sosial şəbəkəsində yazıb.

"İndi Rusiya üçün müharibə xərclərini ən yüksək səviyyəyə qaldırmağın vaxtıdır ki, (ölkə rəhbərliyini - red.) səmimi niyyətlə danışıqlar masasına oturmağa məcbur edək", - o vurğulayıb.

Fon der Lyayen qeyd edib ki, sanksiyalar koordinasiya olunduqda daha yaxşı işləyir. Onun sözlərinə görə, Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 20-ci sanksiyalar paketi enerji, maliyyə xidmətləri və ticarət sahəsində təzyiqi daha da artıracaq:

"Biz dəniz xidmətlərinə tam qadağa təklif edirik ki, bu da Rusiyanı daha da təcrid edə və onun qazıntı yanacağından əldə etdiyi gəlirləri azalda bilər, xüsusilə bu, G7 ("Böyük Yeddilik") və ABŞ ilə sıx koordinasiya olunduğu halda mümkündür".

Seçilən
27
6
far.az

7Mənbələr