AZ

Zelenski və Rubio arasında qeyri-rəsmi görüşKEÇİRİLDİ

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransı çərçivəsində qeyri-rəsmi görüş keçiriblər.

Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, görüş təxminən 40 dəqiqə davam edib.

Digər təfərrüatlar hələlik açıqlanmayıb.

Rubio fevralın 14-də konfransda çıxış edərkən Rusiyanın Ukraynaya qarşı müharibəni dayandırmaq istəyib-istəmədiyinin hələ aydın olmadığını bildirib.

Daha əvvəl Zelenski Rubio ilə görüşdə ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner ilə telefon danışıqları aparacağını da açıqladı.

Seçilən
14
4
redaktor.az

5Mənbələr