AZ

Ceyhun Bayramov Almaniyanın XİN rəhbəri ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesini müzakirə etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniyanın xarici işlər naziri Yohan David Vadeful ilə görüşüb.

 

Bu barədə XİN-in sosial media hesabında məlumat verilib.

 

Müzakirələr Azərbaycan-Almaniya ikitərəfli əlaqələrinin, o cümlədən siyasi dialoq, enerji təhlükəsizliyi, yaşıl keçid, ticarət, nəqliyyat və humanitar əməkdaşlığın inkişafına yönəldilib.

 

Regional inkişaflar, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşma prosesi, münaqişədən sonrakı bərpa səyləri də müzakirə olunan mövzular sırasında olub.

Tarix: 14 Fevral 2026, 23:34   
Seçilən
11
2
pravda.az

10Mənbələr