Portuqaliyalı hücumçu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı futbol çempionatının 22-ci turunun "Əl-Fateh"ə qarşı səfər oyununda "Əl-Nəsr"in start heyətinə daxil edilib.
"Ölkə.az" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.
Qarşıdakı oyun Ronaldu üçün yanvarın 30-dan bəri ilk matç olacaq. Həmin görüşdə portuqaliyalı qələbə qolunun müəllifi olub. Bundan sonra Ronaldu milli çempionatın iki oyununu və Asiya Çempionlar Liqasındakı matçı buraxıb.
Qeyd olunurdu ki, futbolçu komandanın görüşlərini boykot edib, çünki Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun klubu necə idarə etməsindən narazı idi. Ronaldunun fikrincə, komanda transfer pəncərəsində heyəti yetərincə gücləndirməyib. O, fevralın 9-da tətilə son qoyub.
"Əl-Nəsr" 49 xalla Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində 3-cü yerdə qərarlaşıb. Komanda lider "Əl-Hilal"dan 4 xal geridə qalır. "Əl-Fateh" 24 xalla 10-cu mövqedə yerləşir.