F.Mirəliyev qeyd edib ki, İT texnologiyaları dünyada sürətlə inkişaf edir, bir avadanlığın ömrü üç-beş il ərzində qiymətləndirilir və bu illərdən sonra avadanlıq yenisi ilə əvəz edilir: “Yeni avadanlıq, köhnə infrastruktura nisbətən daha inkişaf etmiş olur. Bu baxımdan daha böyük dataları emal etmək qabiliyyətinə malik olur və ümumi prosesə müsbət töhfə verir. Ancaq bu cür infrastrukturun təkmilləşdirilməsi məcburi şəkildə həyata keçirilicəksə, düşünürəm ki, artıq bu zaman internet servis provayderlər bu məcburi dəyişikliyin qiymətini abonentlərdən çıxaracaqlar. Avadanlıq abonentlərin internet sürətini emal etmək qabiliyyətinə malik olmalıdır. Ona görə, də orada hər abonentə təqdim oluna biləcək maksimal sürət var. Ümumilikdə tənzimləyici, nəzarətçi qurumlardan sifarişlər gəlsə ki provayderlər abonentə minimum bu qədər sürət təqdim etməlidir, bu zaman həmin o provayderlər məcburi şəkildə avadanlıqlar üzrə dəyişim edəcəklər. Əslində provayderlərin özünün məsuliyyəti olmalıdır ki avadanlığı təkmilləşdirsin. Amma ola da bilər ki, həmin o avadanlığın ödənişini abonentdən qiymət artımı vasitəsilə çıxsın. Bunun da həlli yolu budur ki, digər istehlakçıların hüquqları ilə məşğul olan qurumlar, eləcə də Nazirliyin özü məsələlərə müdaxilə etsin, nəzarətdə saxlasın ki, bu proses abonentlərin ziyanına olmasın”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta