AZ

Belqradda Serbiyanın Dövlətçilik Günü qeyd olunub

Belqradda 15 fevral - Serbiya Respublikasının Dövlətçilik Günü münasibətilə rəsmi mərasim təşkil olunub.

"Report"un Balkan bürosu xəbər verir ki, paytaxtın tarixi Kalemegdan (Qala meydanı) ərazisində, Dunay çayı sahilində Serbiya Ordusunun hərbçiləri fəxri artilleriya atəşi həyata keçiriblər.

Mərasimdə ilk olaraq hərbi orkestrin ifasında dövlət himni səsləndirilib, ardınca fəxri qarovul dəstəsi və artilleriya bölmələri hazır vəziyyətdə düzülüb.

Müdafiə naziri Bratislav Qaşiç isə altı artilleriya qurğusundan 10 yaylım atəşinin açılmasını şəxsən izləyib. Həmçinin şəhərin müxtəlif nöqtələrindən mərasimi izləmək üçün insanlar Kalemegdan ətrafına toplaşıblar.

Rəsmi mərasim Serbiyanın dövlətçilik ənənələrinə sadiqliyinin nümayişi kimi dəyərləndirilib.

Seçilən
78
far.az

1Mənbələr