AZ

Bakı məqsədli hücum dedi – Moskvadan ABSURD CAVAB VERİLDİ

Rusiya Xarici İşlər Nazirliyi Kiyevdə yerləşən Azərbaycan səfirliyinin vurulması ilə bağlı səslənən ittihamları rədd edib.

Moskva məqsədli raket zərbəsi barədə deyilənlərin həqiqəti əks etdirmədiyini bildirib.

Qurumun açıqlamasına görə, hadisə ilə bağlı Bakı tərəfinə vaxtında izahat təqdim olunub. Rusiya versiyasında qeyd edilir ki, diplomatik missiyanın binalarındakı zədələr böyük ehtimalla Ukraynanın hava hücumundan müdafiə sistemlərinin yanlış işləməsi nəticəsində yaranıb.

Nazirlik həmçinin vurğulayıb ki, Rusiya ordusu yalnız Ukraynanın hərbi-sənaye kompleksinə aid obyektləri hədəf alır və hücumlar mülki və diplomatik obyektlərə yönəlmir.

Qeyd edək ki, Rusiyanın Azərbaycanın AZAL təyyarəsini vurduqdan sonra verdiyi açıqlama da rədd tonunda idi. Lakin zamanla sirlər ortaya çıxdı və bütün faktlar göz önünə sərildi. Görünür, Kremldə bu bu siyasət artıq adət halını alıb.

//musavat.com

Seçilən
44
editor.az

1Mənbələr