AZ

Rubio Zelenski ilə görüşdə müdafiə sahəsində əməkdaşlığı müzakirə edib

Bakı, 15 fevral, AZƏRTAC

ABŞ Dövlət katibi Marko Rubio Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə müdafiə və iqtisadiyyat sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Görüş “Ukraynanın təhlükəsizliyi və müdafiə və iqtisadi sahələrdə əməkdaşlığın gücləndirilməsi” mövzularına həsr olunub. Rubio Ukraynadakı münaqişənin həlli məsələsinə toxunaraq bildirib: “Tramp qan tökülməsinə birdəfəlik son qoyacaq bir həll yolu tapmaq istəyir”.

Qeyd edək ki, Rubio bundan əvvəl Münhen Təhlükəsizlik Konfransında çıxış edib.

Seçilən
29
3
azertag.az

10Mənbələr