AZ

Ölkə çempionatı: 1/4 finalın ilk partiyaları keçirilib - FOTO

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ilk partiyaları keçirilib. 

Apasport.az xəbər verir ki, mərhələdə rəmzi ilk gedişi Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov edib. 

Yarışın reytinq favoriti Şəhriyar Məmmədyarov qara fiqurlarla Əhməd Əhmədzadəni məğlub edib. Rauf Məmmədov-Read Səmədov, Məhəmməd Muradlı-Eltac Səfərli, Aydın Süleymanlı-Nicat Abasov görüşlərində heç-heçə qeydə alınıb.

Qadınların yarışında Ülviyyə Fətəliyeva qara fiqurlarla Səbinə İbrahimovanı, Ayan Allahverdiyeva Günay Məmmədzadəni üstələyib. Ağ fiqurlarla mübarizə aparan Türkan Məmmədyarova Nərmin Abdinovaya qalib gəlib. Xanım Balacayeva-Gülnar Məmmədova görüşündə bərabərlik olub. 

Bu gün ¼ final mərhələsinin ikinci partiyaları oynanılacaq.

Qeyd edək ki, çempionata fevralın 22-də yekun vurulacaq. Yarışın ümumi mükafat fondu 92 min manat təşkil edir. Bu məbləğdən 62 min manat kişilərin, 30 min manat isə qadınların çempionatına aiddir.

Ölkə çempionatı: 1/16 final mərhələsinin ikinci partiyaları keçirilib - FOTO

Şahmatçımız Niderlandda keçirilən beynəlxalq turnirdə üçüncü olub

Ölkə çempionatında 46 şahmatçı

Şahmat üzrə Azərbaycan çempionatının I dəstə yarışlarına yekun vurulub

Azərbaycan çempionatında I dəstədə mübarizəyə start verilib

Seçilən
25
3
apasport.az

9Mənbələr