ain.az, GlobalInfo saytına istinadən bildirir.
İranın qərbində toz fırtınası hava keyfiyyətini “təhlükəli” səviyyəyə çatdırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr” nəşri məlumat yayıb.
“Bu gün səhər saatlarından etibarən İraq səhralarında güclü küləyin əsməsı nəticəsində toz və qum kütləsi İranın qərbində yerləşən İlam vilayətinə daxil olub. Vətəndaşlardan xahiş olunub ki, bu vəziyyət aradan qalxana qədər hər hansı zəruri olmayan hərəkətlərdən (çölə çıxmaqdan) çəkinməli və evlərin açıq yerlərini, o cümlədən pəncərə və havalandırma boşluqlarını bağlamalıdırlar”, – deyə bildirilib.
Qeyd olunur ki, eyni zamanda İlamda ibtidai məktəblər bu gün bağlanıb, dövlət idarələri isə fəaliyyətə bir saat gecikmə ilə başlayıb.
Safura Bənnayeva
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.