AZ

"Ukraynanı Putinə təslim olmağa məcbur etmək rüsvayçılıqdır!"

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Ukrayna mövzusunda diqqət çəkən açıqlamalar verib.

Azreform.info xəbər verir ki, o, hazırkı ABŞ administrasiyasının Ukrayna münaqişəsi ilə bağlı mövqeyini rüsvayçılıq adlandırıb. Hillari Klinton Ukraynanın Rusiyaya qarşı mübarizə apara bilməsi, bu ölkəyə zərbələr endirməsi üçün Kiyevə uzaqmənzilli "Tomaqavk" qanadlı raketləri verilməsini istəyib.

Klinton Münhen Təhlükəsizlik Konfransında panel müzakirəsi zamanı bildirib ki, "Ukraynanı Rusiya Prezidenti Vladimir Putinə təslim olmağa məcbur etmək rüsvayçılıqdır".

O qeyd edib ki, bu gün Ukrayna cəbhə xəttində ona görə vuruşur ki, Qərbin demokratik dəyərlərini, azadlıq və sivilizasiya dəyərlərimizi müdafiə etsin. Klinton həmçinin vurğulayıb ki, Amerika lideri Donald Tramp ya onların çəkdiyi əzab-əziyyətin miqyasını anlamır, ya da buna sadəcə laqeyd yanaşır. Siyasətçi həmçinin Ağ Ev rəhbərini Qərb birliyini və beynəlxalq öhdəlikləri pozmaqda günahlandırıb.

"O, Qərbi satdı. Tramp insani dəyərlərə xəyanət etdi. O, NATO Nizamnaməsinə, Atlantik Xartiyaya, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə xəyanət etdi!",- Klinton gileylənib.(Publika.az)

Seçilən
14
3
azreform.info

10Mənbələr