AZ

Almaniyada naməlum şəxslər bankdan oğurluq edərək qaçıblar

Almaniyanın Aşağı Saksoniya əyalətinin Ştur şəhərində bank soyğunçuluğu baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.

Polisin bildirdiyinə görə, mavi kombinezon geyinmiş üç naməlum şəxs nahar fasiləsi zamanı bankın seyflərinin yerləşdiyi zirzəmiyə daxil olub. Quldurlar 14 seyfi açaraq hadisə yerindən qaçıblar. Dəymiş ziyanın həcmi hələlik məlum deyil.

Oğurluq faktı yalnız bir neçə bank əməkdaşının özlərini pis hiss etməsindən sonra üzə çıxıb. Sonradan məlum olub ki, cinayətkarlar zirzəmiyə naməlum maddə səpiblər.

Hazırda polis hadisəni törədən şəxslərin axtarışını davam etdirir.

Seçilən
3
4
yeniazerbaycan.com

6Mənbələr