Amerikalı hərbi analitik Andrey Martyanov bildirib ki, Rusiyanın Ukraynadakı münaqişədə qalib gələcəyi hələ 2023-cü ildə aydın olmuşdu.
Bizim.Media xəbər verir ki, o, bu fikirləri YouTube kanalında yayımlanan çıxışı zamanı səsləndirib.
“Biz, əlbəttə, bilirik ki, Ukraynada artıq demək olar hər şey bitib. Amma bu, hələ 2023-cü ildə baş vermişdi”, — deyə ekspert bildirib.
Martyanov Qərbin vəziyyəti özünə sərfəli şəkildə təqdim etməyə çalışdığını da vurğulayıb. Onun sözlərinə görə, hələ də Rusiya Silahlı Qüvvələrinin guya raketlərinin tükəndiyi və ya “rusların aclıq çəkdiyi” barədə materiallar dərc olunur.
Analitik hesab edir ki, münaqişə başa çatdıqdan sonra Qərb liderləri öz siyasətlərinin uğursuzluğuna görə məsuliyyəti başqalarının üzərinə atmağa çalışacaqlar. O, Qərbin bunu “ruslar şaxtaya görə qalib gəldi” kimi arqumentlərlə əsaslandıra biləcəyini də istisna etməyib.
“Onları dəyişmək mümkün deyil. Onlarda nə şərəf, nə insanlıq, nə ləyaqət, nə də ədəb var”, — deyə ekspert əlavə edib.
Bundan əvvəl ABŞ-ın Foreign Policy jurnalı yazıb ki, Avropa ilə ABŞ arasında birlik olmadığı üçün Rusiya artıq Ukraynada xüsusi hərbi əməliyyatda qalib gəlib.
Məqalədə qeyd olunur ki, Rusiyada isə əksinə, “vahid mövqe” hökm sürür. Nəşr həmçinin bildirir ki, Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrindən fərqli olaraq canlı qüvvə və sursat çatışmazlığı ilə üzləşmir.
Bizim.Media