AZ

Navalnının ölümü ilə bağlı inanılmaz iddia Rusiya bununla ilkə imza atıb

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Rusiya müxalifət lideri Aleksey Navalnı “epibatidin” adlanan maddə ilə zəhərlənib. Britaniya, Almaniya, Fransa, Niderland və İsveçdəki laboratoriyalar mərhumun biomateriallarını ayrı-ayrılıqda araşdıraraq eyni nəticəyə gəliblər”.

Globalinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib.

O bildirib ki, “Epibatidin” zəhəri Ekvadorda yaşayan endemik növ “Epipedobates anthonyi” qurbağasının dərisindən alınır və çox yüksək toksikliyə malikdir:

“Navalnı daha əvvəl – 2020-ci ilin avqustunda “noviçok” kimyəvi maddəsi ilə zəhərlənmiş və Angela Merkelin müdaxiləsi ilə Almaniyaya aparılaraq orada müalicə olunmuşdu. Rusiyaya dönərkən həbs olunan Navalnı əvvəlcə Vladimir vilayətindəki ciddi rejimli islah-əmək müəssisəsində saxlanılsa da, 2023-cü ilin sonlarında Yamal-Nen muxtar dairəsinin Xarp qəsəbəsindəki “Qütb canavarı” xüsusi rejimli islah-əmək müəssisəsinə köçürülüb və 2024-cü ilin fevralında orada öldürülüb…

Rusiyanın müvafiq dövlət orqanlarının əlində kifayət qədər kimyəvi-bioloji zəhərləyici maddələr olduğu halda, Navalnının nadir toksinlərdən biri ilə öldürülməsinin səbəbi maraq doğurur. Bəlkə də bu maddə Rusiya xüsusi xidmətlərinin laboratoriyasına yeni gətirilibmiş və onu ilk dəfə məhz Navalnının üzərində sınaqdan keçiriblər. Bu, tamamilə mənim fərziyyəmdir. Bu fakt bir daha Vladimir Putin rejiminin insanlığa qarşı cinayətlər törədən terrorçu rejim olduğu gerçəyini ortaya qoyur”, – deyə siyasi şərhçi əlavə edib.

Əliyar Xəlil

Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
70
globalinfo.az

1Mənbələr