“Barselona” Kral İspaniya Futbol Federasiyasına (RFEF) hakimlikdən şikaət edib.
Publlika.az xəbər verir ki, bu, Kral Kubokunda “Atletiko”ya qarşı sarsıdıcı məğlubiyyətdən (0-4) sonra baş verdi. Klub yarıavtomatlaşdırılmış ofsayd aşkarlama sistemindəki nasazlıqdan qəzəbləndi. Hakimlərin Pau Kubarsinin ofsaydını müəyyən etməyə çalışaraq altı dəqiqə vaxt sərf etdiyi və “Barsa”nın qolunu hesaba almadığı bu epizod klub daxilində narazılığa səbəb olub.
Şikayətdə klub hakimlərin qərar qəbul etməsindəki uyğunsuzluğundan narazılığını bildirib və VAR danışıqlarının səs yazılarının dərc olunmasını tələb edib.