AZ

Suriya ordusu Amerika hərbi bazasına nəzarəti ələ keçirib

Yeniavaz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Suriya ordusu Haseke əyalətindəki Əl-Cəbsə neft yatağının yaxınlığında yerləşən Amerika hərbi bazası üzərində nəzarəti ələ keçirib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ərəb Respublikasının keçid hökumətinin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əməliyyat Amerika tərəfi ilə razılaşmadan sonra həyata keçirilib.

Xatırladaq ki, ötən ilin aprel ayında ABŞ kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri (SDF) koalisiyasının nəzarəti altında olan Əl-Şəddadi şəhərindəki bazadan qoşunların və hərbi texnikanın tədricən çıxarılmasına başlayıb. Yanvarın sonlarında Suriya prezidenti Əhməd əl-Şara və SDF komandiri Məzlum Əbdi kürd döyüşçülərinin hökumət qüvvələrinə inteqrasiya olunacağı və kürdlər tərəfindən Suriyanın şimal-şərqində yaradılan özünüidarəetmə qurumlarının Suriya dövlətinin bir hissəsi olacağı barədə razılığa gəliblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
yeniavaz.com

1Mənbələr