AZ

Nitrat və nitritlərin sağlamlığa faydaları və zərərləri...

...Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova aif.ru saytına verdiyi açıqlamada qidalarda olan nitratlar və nitritlər insan sağlamlığı üçün həm faydalı, həm də zərərli ola biləcəyini bildirib.

Mütəxəssisin sözlərinə görə, bu maddələr azot gübrələri ilə yetişdirilən tərəvəz və otlarda olur.

Nitratlar və nitritlər kolbasalarda da mövcuddur ki, bu da botulizmə səbəb olan təhlükəli bakteriyaların böyüməsinin qarşısını alır.

Bundan əlavə, bu "kimyəvi maddələr" ət məhsullarına xoş çəhrayı rəng verir. Lakin tərəvəz və kolbasalarda olan eyni maddələr bədənə fərqli təsir göstərir.

Məsələn, kahıda olanlar vitaminlər və antioksidantlar sayəsində nitrozamin adlanan kanserogen birləşmələrə çevrilmir, əksinə azot oksidinə (NO) çevrilir.

Bu maddə təhlükəli deyil; əksinə, faydalı təsirlərə malikdir: qan damarlarını rahatlaşdırır və qan təzyiqini aşağı salmağa kömək edir.

SİA xəbər verir ki, bioloq bunu 27 il ərzində 54.000 insanın məlumatlarını təhlil edən danimarkalı alimlərin tədqiqatına istinadən izah edib.

...Məlum olub ki, əsas nitratlar tərəvəzlərdən gələndə demensiya inkişaf riski əhalinin orta göstəricisi ilə müqayisədə 11 faiz azalır. Lakin nitrat və nitrit tərkibli ət məhsulları bədənə mənfi təsir göstərir. Onlar da öz növbəsində DNT-yə zərər verən kanserogen maddələr istehsal edirlər. Bu, ürək-damar xəstəlikləri və xərçəngdən ölüm riskini artırır, həmçinin demensiya ehtimalını eyni 11faiz artırır.

Baranova qeyd edib bunu...

Nazlı Almuradova

Seçilən
38
1
sia.az

2Mənbələr