AZ

“Vaqner” qrupuna 10 motosiklet təhvil verən Nurlan Saburov...

...Mediada yayılan məlumatlara görə, 50 il Rusiyaya girişi qadağan edilmiş qazaxıstanlı komediyaçı Nurlan Saburov öz ölkəsində muzdluluq ittihamı ilə cinayət məsuliyyətinə cəlb oluna bilər.

SİA-nın məlumatına görə, həmyerlilərindən biri, qazaxıstanlı fəal Marat Turımbetov Saburova qarşı cinayət işi açılmasını tələb edib.

Belə ki, onun qəzəbinə məşhur komediyaçıya bənzəyən gəncin “Vaqner” qrupuna yeni “Istra” motosikleti təhvil verdiyini göstərən video səbəb olub.

...Pit-baykların xüsusi hərbi əməliyyata bağışlandığı iddia edilir. Vəziyyəti şərh edən Qazaxıstanın baş prokurorunun müavini Qalımjan Koygeldiyev Saburovun hərəkətlərinin muzdluluq (7 ildən 12 ilə qədər həbs cəzası) ittiham oluna biləcəyini istisna etməyib və əlavə edib ki, son qərar Respublika Milli Təhlükəsizlik Komitəsinin araşdırmasından sonra veriləcək.

Bu arada, Rusiyadan qovulması ilə bağlı şərh verən Saburov vəziyyəti vəkillərə həvalə edib.

Eyni zamanda, o, tam hüquqlu sənətkar olmaq imkanına görə Rusiyaya minnətdarlığını bildirdi.

Əli Babayev

Seçilən
38
1
sia.az

2Mənbələr