AZ

Tedesko İtaliyadan gələn təklifi rədd edibmiş

''Fənərbaxça''nın başında uğurlu nəticələri ilə diqqət çəkən Domeniko Tedesko ilə bağlı mühüm bir xəbər ortaya atılıb. ''Fanatik'' nəşrinin yazdığına inansaq, bu mütəxəssisə qışda A seriyasının bir klubundan ciddi bir təklif gəlibmiş. Ancaq italyanəsilli almaniyalı mütəxəssis Türkiyədə xoşbəxt olduğunu bildirərək düşünmədən təklifi geri çevirib. Artıq məsələ aktuallığını itirib. Klubun adı isə bəlli olmadı. Tedesko ötən ayın sonunda İtaliya mətbuatına verdiyi müsahibədə gələcəkdə bu ölkədə çalışmaq istədiyini gizlətməmişdi. 40 yaşlı mütəxəssisin İstanbul nəhəngi ilə 2027-nin yayına qədər müsahibəsi var. Digər tərəfdən ''Fənər'' rəhbərliyinin Tedesko ilə yeni müqavilə imzalamaqda maraqlı olduğu bildirilir. Amma komandanın bu mövsümü hansı pillədə başa vurmasından da çox şey asılı olacaq. ''Fənər'' Tedesko ilə hələ də superliqada keçirdiyi 19 qarşılaşmada məğlubiyyət acısı yaşamayıb. Ümumilikdə komanda bu məşqçi ilə keçirdiyi 32 rəsmi oyundan 20 qələbə, 9 heç-heçə, 3 məğlubiyyətlə ayrılıb.

Seçilən
37
2
football-plus.az

3Mənbələr