ain.az, Axar.az saytına istinadən bildirir.
Türkiyənin Meteorologiya Baş İdarəsi bəzi bölgələrdə güclü yağış və toz fırtınaları ilə bağlı məlumat yayıb.
Axar.az TRT Haber-ə istinadla xəbər verir ki, ölkənin Qərbi Egey dənizində güclü yağış və Mərkəzi Qara dəniz bölgəsində fırtına gözlənilir. Mərmərə, Egey, Mərkəzi Anadolu, Aralıq dənizi və Qara dəniz bölgələrində toz fırtınaları proqnozlaşdırılır. Sarı xəbərdarlığın verildiyi bölgələrdə vətəndaşlara potensial mənfi təsirlərə qarşı tədbir görmələri tövsiyə olunur.
Türkiyənin Daxili İşlər Nazirliyi güclü fırtına səbəbindən ölkənin 9 bölgəsində sarı xəbərdarlıq verib. Muğla, Aydın, İzmir, Manisa, Balıkəsir, Çanaqqala, Tekirdağ, Ədirnə və Kırklareli ərazisi üzrə verilən sarı xəbərdarlıqda fırtınanın ağacların və dirəklərin yıxılmasına, damların uçmasına səbəb ola biləcəyi qeyd olunub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.