Sülh Şurasına üzv ölkələr Qəzza sektorunun bərpası və humanitar yardım üçün 5 milyard dollardan çox vəsait ayıracaqlar.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da paylaşım edib.
Ağ Ev rəhbəri bildirib ki, ölkələr bunu fevralın 19-da Vaşinqtondakı Sülh İnstitutunda keçiriləcək Sülh Şurasının ilk iclasında elan edəcəklər.