Almaniyada qiymət artımı və iqtisadi qeyri-müəyyənlik silsiləsi insanların xərcləmə vərdişlərini kökündən dəyişib. Aparılan son araşdırmalar göstərir ki, alman istehlakçılar büdcələrini tarazlamaq üçün bir çox sahədə "kəmərləri sıxmağa" başlayıblar.
Azreform.info xəbər verir ki, almanlar artıq market alış-verişində daha ehtiyatlıdırlar.
Tanınmış brend məhsulların yerinə marketlərin öz istehsalı olan daha ucuz (private label) məhsullara üstünlük verilir.
İstehlakçılar endirim kampaniyalarını daha yaxından izləyir və məhsulları stoklayırlar.
Büdcədə ən böyük ixtisarlar xidmət sektorunda müşahidə olunur.
Restoran və kafelərə getmək vərdişi xeyli azalıb. İnsanlar çöldə yemək yemək əvəzinə evdə hazırlamağa üstünlük verirlər.
Kino, teatr və konsert kimi mədəni fəaliyyətlərə ayrılan büdcələr minimuma endirilib.
Enerji böhranından sonra almanlar üçün kommunal xərclər ən həssas mövzuya çevrilib.
Evlərdə isitmə sistemləri daha aşağı dərəcədə saxlanılır.
Məişət cihazlarının istifadəsində və işıqlandırmada maksimum qənaət rejiminə keçilib.
Yeni geyim əşyaları və son model texnoloji cihazların alınması artıq "təxirə salınan ehtiyaclar" siyahısındadır. İstehlakçılar bir əşyanı tamamilə sıradan çıxana qədər istifadə etməyə meyillidirlər.
Bu qənaət dalğası təkcə maddi imkansızlıqdan deyil, həm də gələcəyə olan inamsızlıqdan qaynaqlanır. İnsanlar ehtiyat fondu yaratmaq üçün gündəlik həzzlərindən imtina edirlər.(milli.az)