AZ

Belqradın ən hündür binasında Azərbaycan bayrağı əks olundu VİDEO

Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Serbiyanın paytaxtı Belqrad şəhərinin simvollarından biri olan məşhur "Belgrad Tower" binası Azərbaycan və Serbiya bayraqlarının rənglərinə bürünüb.

Milli.Az xəbər verir ki, Azərbaycan və Serbiya arasındakı strateji tərəfdaşlıq və dostluq münasibətlərinin növbəti nümayişi olaraq, şəhərin ən möhtəşəm memarlıq nümunəsinin üzərində hər iki ölkənin dövlət bayraqlarının təsviri əks olunub.

Binanın nəhəng fasadında ardıcıl olaraq Azərbaycanın üçrəngli bayrağı və Serbiyanın dövlət bayrağı nümayiş etdirilib. Bu addım iki ölkə arasındakı yüksək səviyyəli diplomatik əlaqələrin və xalqlararası həmrəyliyin rəmzi göstəricisi kimi qiymətləndirilir.

Qeyd edək ki, "Belgrad Tower" Serbiya və regionun ən hündür binalarından biridir. 168 metr hündürlüyündə olan bu göydələn mühüm bayramlarda, tarixi günlərdə və dost ölkələrin əlamətdar hadisələri zamanı xüsusi işıqlandırma ilə bəzədilir.Lalə Qüdrətova

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
1
news.milli.az

2Mənbələr