Belqradın ən məşhur binalarından biri olan "The St. Regis Belgrade" Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"dəki hesabında yazıb.
"Belqrad bu gecə", - H.Hacıyev qeyd edib.