AZ

Polşa Prezidenti ölkənin nüvə proqramı siyasətini dəstəkləyib

"Polşanın nüvə proqramına qoşulmasının  tərəfdarıyam".

Bakıvaxtı.az xəbər verir ki, bunu Polşa Prezidenti Karol Navrocki deyib. 

"Bütün beynəlxalq normalara uyğun olaraq, bu yol bizim getməli olduğumuz yoldur. İşə başlaya bilmək üçün bu istiqamətdə hərəkət etməliyik. Biz silahlı münaqişənin astanasında olan bir ölkəyik. Rusiya Federasiyasının Polşaya qarşı nə qədər aqressiv, imperialist münasibət bəslədiyi aydındır", - deyə o vurğulayıb.

Navrocki qeyd edib ki, bunun ümumiyyətlə baş verib-verməyəcəyini bilmir, lakin "hətta nüvə potensialına əsaslanaraq" Polşanın təhlükəsizliyinin gücləndirilməsinin tərəfdarıdır.

Polşa prezidenti ölkəsinin nüvə proqramı üzərində işlərin başlanmasından sonra Moskvanın mümkün hərəkətləri ilə bağlı suala da cavab verib: "Rusiya istənilən şeyə aqressiv cavab verə bilər".

Aynur Babazadə

Seçilən
21
bakivaxti.az

1Mənbələr