Serbiyanın paytaxtı Belqrad şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağı ən hündür binalardan birinin üzərinə proyeksiya olunub.
Editor.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”dəki hesabında yazıb.
“Belqrad bu gecə”, – H.Hacıyev yazıb və paylaşıma video əlavə edib.