Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Salvador Hərbi Dəniz Qüvvələri Sakit Okeanda ölkənin tarixindəki ən böyük narkotik partiyasını ələ keçirib. Ümumi çəkisi 6,6 ton olan və təxminən 165 milyon dollar dəyərində qiymətləndirilən bu narkotik maddələr, "FMS EAGLE" adlı çoxməqsədli təchizat gəmisində aşkarlanıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Salvador Prezidenti Nayib Bukele məlumat verib.
"Hərbi Dəniz Qüvvələrimiz Salvador tarixində ən böyük narkotik maddə müsadirəsini həyata keçirib. Sahilimizdən cənub-qərbdə 380 dəniz mili (703,7 km) məsafədə, Tanzaniya bayrağı altında üzən "FMS EAGLE" gəmisində gizlədilmiş 330 torba kokain aşkar edilib və ümumi çəkisi 6,6 ton olub".
Bukelenin sözlərinə görə, müsadirə olunan yüklə bağlı qiymətləndirmələrə əsasən, onun dəyəri 165 milyon dollar civarındadır. Gəmi 54 metr uzunluğunda olub və narkotiklər balast tanklarında gizlədilib. Onları tapmaq üçün hərbi dalğıc komandalarından istifadə edilib.
Əməliyyat zamanı gəmiyə minmiş 10 nəfər saxlanılıb: 4 Kolumbiya vətəndaşı, 3 Nikaraqualı, 2 Panama vətəndaşı və 1 Ekvadorlu. Prezident Bukele narkotik ticarəti ilə məşğul olanlara "yeni gəmiləri üçün" təşəkkür edib.
Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.