AZ

Təxribat cəhdi və gözlənilməz cavab: Münxendə soyuq duş effekti yaradan dialoq

Münxen Təhlükəsizlik Konfransında qapı önündə dayanaraq, təxribat cəhdlərini davam etdirən Emin Hüseynovun sual vermək üçün müraciətinə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın cavabı gündəmə çevrilib.

Məlum olduğu kimi, Emin Hüseynov konfrans zalından çıxan Mehriban Əliyevaya “Azərbaycanda demokratiya ilə bağlı” sual vermək istədiyini bildirib. Mehriban Əliyeva isə ayaq saxlayaraq, “Qadın paltarında səfirlikdə gizlənən insan sizsiniz? Sizə can sağlığı arzulayıram”, - deyə yoluna davam edib.

Məlumat üçün bildirək ki, E.Hüseynov Soros Fondunun vəsaitlərindən qeyri-şəffaf istifadə etməsi və ayrılan külli miqdarda vəsaiti talaması üzə çıxandan sonra ölkədən qaçıb. O, ölkədən qaçarkən qadın paltarından istifadə edib.

E.Hüseynov hazırda da Qərb dairələrinin “əlinə oynayan”, xarici qüvvələrin maraqlarına xidmət edən antimilli, antidövlət fəaliyyətini davam etdirir. Hətta 44 günlük Vətən savaşında “novarçı” “qiyafəsinə bürünərək” erməni işğalının davam etməsi üçün təbliğat aparırdı. Emin Hüseynov bloqer Mehman Hüseynovun böyük qardaşıdır.

Əlbəttə, bu informasiya xarakterli məlumatdan sonra, Birinci vitse-prezidentin ali davranışına diqqət edək, onun E.Hüseynova “soyuq duş” effekti yaşadan səhih və sərrast cavabını media dilinə tərcümə edək. 

Öncə E.Hüseynovun “Mehriban xanım, sizə Azərbaycanda demokratiya ilə bağlı sual vermək istəyirəm” çağırışına iti və qəti addımlarla irəliləyən birinci xanım böyük tədbirin mahiyyətini əsas gətirib, cavab verməyə bilərdi. Yəni bu məsələdən çox rahat formada yayına bilərdi, amma Birinci vitse-prezidentin ayaq saxlayaraq, sərsəm fəaliyyətlə məşğul olan insanın sualına cavab verməsi Birinci xanımın demokratik dəyərlərə nə qədər böyük önəm verməsinin təcallasıdır. Uzun illər, Azərbaycan Prezidenti, ölkənin Ali Baş Komandanı İlham Əliyev və  Birinci vitse-prezidenti Mehriban Əliyevanın, eləcə də hakim ailənin əleyhinə bütün qarayaxma kampaniyalarında bibaşa iştirak edən, o kampaniyalara ən müxtəlif yollarla dəstək verən bir şəxsin sualını dinləməyin özü demaokratik dəyərlərə sayğı ilə yanaşmanın ən aydın təzahürü deyilmi?! Birinci xanım bu məqamda da bir presedent yaradaraq, ən yaramaz əməllərlə məşğul olan, vətənini dövlətini ayrı-ayrı mərkəzlərin və özünün maddi maraqlarına qurban verən şəxsin belə fikirlərini dinləyir. Başqa nə cür demokrat olunur ki?!

Bundan başqa, M.Əliyevanın E.Hüseynova “Qadın paltarında səfirlikdə gizlənən insan sizsiniz?!” ritorik sualını analiz edək. Bu sualda hər sözün ayrıca siqləti və məna yükü var. Mehriban Əliyeva Emin Hüseynova “siz”deyə müraciət edir. Yuxarıda qeyd etdiyimiz kimi, uzun illər hakim ailənin ünvanına olmazın böhtan və iftirasını atan, ləkə yaxmağa çalışan bir insana Birinci xanım hörmət əlaməti olaraq “siz” deyə müraciət edir. Bu, Birinci vitse-prezident Mehriban Əliyevanın nəcibliyi və kübarlığından xəbər vermirmi?! Şübhəsiz ki, bu, Mehriban xanımın insan adı altında dünyaya gələn hər bir fərdə olan münasibətinin təzahürüdür. Bununla yanaşı,  cümlənin “Qadın paltarında səfirlikdə gizlənən” hissəsinə nəzər yetirəndə, onu bu cür tərcümə etmək olar ki, Qərbdəki bəzi dairələrin şişirdib, “qəhrəmana” çevirdiyi adamın özü-özünü içdən “abort etdiribmiş” və ya axtaladıbmış. Yəni bu insan ya vəlvələdən, ya da zəlzələdən kişi cinsli olduğunu ya unudub, ya da ondan imtina edib. Özünə kişi, adam deyən birisi nə dərəcədə mənəvi kollaps yaşayar ki, qadın paltarı geyinməyi özünə rəva bilər?! Birinci xanımın bu cavabı E.Hüseynovun öz kölgəsindən qorxan biri olduğunu ortaya qoymurmu?! Niyə saxta əməllər törədirsən ki, həbs olunmaq təhlükəsi ilə üz-üzə qalırsan?! Bu qrant mərəzi o qədərmi gözünü bağlayıb ki, öz vətəninə qarşı fəaliyyəti belə göz önünə alırsan? Hələ bəzi ağzıgöyçəklər sosial platformalarda “ağzıəyri” suallar ünvanlayaraq, əks-arqument gətirdiklərini düşünürlər: E.Hüseynov niyə həbs təhlükəsi ilə üz-üzə qalıb? Cavab sadədir: “Cinayət törədib, oğurluq edib”. Bu gün kimsə cibgirlik edirsə, qanun pozursa, məhkəmə qarşısına çıxarılır və həbs cəzası alır. Bu işlə məşğul olan o qədər insanlar olub ki... Cinayət törədib, cəzasını alıb, cəzasını çəkib, islah olunub, evinə, ocağına dönüb. Amma heç biri E.Hüseynov kimi qadın paltarı geyib ölkədən qaçmayıb. Əslində bu cümlədə E.Hüseynova əsl Azərbaycan kişisininin necə olmalı olduğu aşılanır, müəyyən mənada ona dəyanət, xarakterli olma, dönük olmama dərsi keçilir.

Eyni zamanda o cümlədəki “insan sizsiniz?” hissəsinə diqqət edək. Əslində bu hissədə “insan” sözünün yerinə “adam” sözü də işlədilə bilərdi, amma “insan” sözü istifadə olunub. Bilirsiniz insanla adamın fərqi nədir?

İnsan dünyaya xammal kimi gəlir, amma o sonradan ailə tərbiyəsi alır, böyüyür, oxuyub, təhsil alır, dünya görüşü zənginləşir, adam olur və  yaxşı “məhsula” vətəndaşa çevrilir. E.Hüseyno isə dünyaya xammal kimi gəlib və məhsula çevrilməyib, xammal kimi qalıb deyə onu hər kəs istifadə edib, öz “qəlibinə”, maraq çərçivəsinə sala bilir. Bu yaradılış adama çevrilə bilsəydi, öz vətənini, dövlətini satmazdı, vətənin vətən daşına çevrilib, ən azı vətənin haqq işi olan Qarabağ məsələsində dəstək ifadə edərdi. Bu xammal halında qalmış insanın niyyəti isə sadəcə bəzi mərkəzlərdən qrant alıb, ölkəsinin əleyhinə fəaliyyət göstərmək olub.

Fransız dilində bir ifadə var: “mettre au monde”- hərfi tərcüməsi belədir: dünyaya qoymaq. Əslində isə Azərbaycan dilində ekvivalenti: doğmaq, dünyaya gətirməkdir.  İnsan var, doğulur, insan da var dünyaya qoyulur. E.Hüseynov sadəcə dünyaya qoyulub. Çünki doğulan insan bu cür marazma məruz qalmalı deyil, bu sayaq lümpen ola bilmir, bilməz.

Və Birinci xanımın son cümləsini “tərcümə” edək: “Sizə can sağlığı arzulayıram”. Maraqlı cümlədir. Düzdür, sözlər sadə və təvazökardır, amma alt qatını oxuyanda xeyli dərin mətləblər çıxarmaq olur. Biz adətən fiziki və ruhsal olaraq, xəstə, naxoş insanlara sağlamlıq arzu edirik, şəfa diləyirik. E.Hüseynovun isə təfəükkürü, təhtəlşüru xəstə düşüb, can üstədir. Mənəviyyatı sarvat olub. Mənəviyyatı sarvat olan adamın isə geridönüş edib, yüksək xarakterə sahiblənməsi müşküldür. Bu mənada E.Hüseynova can sağlığı arzulanıb.

E.Hüseynov gərək unutmasın ki, ümmanda gedəcəyi yeri bilməyən gəmi kapitanına Allah da yardımçı olmur...

Bakıvaxtı Analitik Mərkəzi

Seçilən
11
bakivaxti.az

1Mənbələr